FİZİKİ-COĞRAFİ PROSESLƏR

coğrafi təbəqədə baş verən və landşaftın komponentləri arasında qarşılıqlı təsir nəticəsində enerjinin və maddələrin forma və miqdarının paylanmasına səbəb olan, təbii proseslər. физико-географические процессы physical-geographical processes
FİZİKİ-COĞRAFİ ƏYALƏT
FİZİKİ-COĞRAFİ RAYON
OBASTAN VİKİ
Azərbaycanın fiziki-coğrafi rayonları
Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması — Azərbaycanın fiziki-coğrafi cəhətdən rayonlaşdırılması. == Ümumi məlumat == Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir. Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür. Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40–45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov , Şirinov 1965 və b.) tərəfindən aparılmışdır.
Gəncə fiziki- coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Gəncə fiziki-coğrafi rayonu

Həkərə fiziki- coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir. Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Həkərə fiziki-coğrafi rayonu

Lənkəran fiziki-coğrafi rayonu
Lənkəran fiziki-coğrafi rayonu — rayon ərazisi Xəzər dənizinin qərb sahili və Talış dağlarının ətəkləri arasında yerləşib, şimalda Bolharu çayından cənubda Astaraçaya qədər 100 km - dək uzanır. Mütləq yüksəkliyi -28m-lə 80-100m arasında dəyişir. Relyefi az meyilli, hamar səthli alçaq düzənlik üst Dördüncü dövrün dəniz və çay çöküntülkərindən təşkil olunmuşdur. Rütubətli subtropik iqlimə malik olan bu ərazidə düzənlik meşələri, çəmən kolları və çəmənlikləri inkişaf etmişdir (Budaqov,1988). Respublika ərazisi üçün maksimal otra illik yağıntıların miqdarı (1398mm) Lənkəran ovalığının Astara ərazisində müşahidə olunur. Lənkəran ovalığı respublikamızın məhsuldar kənd təsərrüfatı rayonlarından biridir. Rütubətsevən subtropik bitkilərin inkişafında mühüm yer tutur. Respublikamızda çayçılığın, subtropik meyvələrin, tərəvəz və üzümçülüyün inkişafında bu fiziki - coğrafi rayonun xüsusi yeri vardır.
Naxçıvan fiziki-coğrafi rayonu
Qonaqkənd fiziki-coğrafi rayonu
Talış fiziki-coğrafi rayonu
Talış fiziki - coğrafi rayonu - Azərbaycan Respublikasının cənub - şərq hissəsində yerləşib şərqdən, şimal- şərqdən Lənkəran ovalığı ilə, cənubdan, qərbdən və şimal qərbdən İran Respublikası ərazisi ilə sərhədlənir. Relyefin mütləq yüksəkliyi 200 m-lə 2440 m arasında dəyişir. Burada Xəzər dənizi sahilləri yaxınlığında submeredianal istiqamətdə bir- birinə paralel uzanan Talış - Peştəsər və Burovar silsilələri və onların arasında yerləşən çökəkliklər ( Yardımlı, Zuvand və s.) relyefin daxili quruluşunu mürəkkəbləşdirməklə mühüm iqlimyaradıcı rola malikdir. Rayonun alçaq və ortadağlıq hissəsində enliyarpaqlı dağ meşələri inkişaf etmişdir. Bu meşələrdə, xüsusilə alçaqdağlıqda hirkan - relikt ağac növləri (şabalıdyarpaqlı palıd, dəmirağacı, azat, ipək akasiya və s.) inkişaf etmişdir. Ərazinin yüksəkdağlıq hissəsində meşə qurşağından yuxarıda meşə - çöl, çöl, quruçöl və dağ - yarımsəhra landşaftları relyefin xüsusiyyətlərinə münasib olaraq inversiya xarakterinə malik olan xüsusi iqlim şəraitinin mövcudluğu nəticəsində formalaşmışdır. (Şirinov, Süleymanov, 1977). Fiziki - coğrafi rayon ərazisində maldarlıq, əkinçilik, üzümçülük inkişaf etmişdir. Dağ ətəklərində və dağlıq hissədə bir sıra isti və soyuq mineral bulaqlar vardır.
Şamaxı fiziki-coğrafi rayonu
Şamaxı fiziki-coğrafi rayonu — cənub-şərqi Qafqazın bir hissəsi olub, Qobustandan şimal-qərbdə, Ağsuçay hövzəsindən şərqdə yerləşir. Şimalda o, Baş Qafqaz silsiləsinin suayrıcısı ilə, cənub-qərbdə isə Şirvan düzü ilə həmsərhəddir. Şamaxı təbii rayonunun ərazisi Dağlıq Şirvannın ərazisinə uyğun gəlir. Bu fiziki-coğrafi rayon ərazisininin ən uca hissəsi Baş Qafqaz silsiləsindəki Gülümdostu və Dübrar zirvələri (2200 metrdən yüksək), ən alçaq zirvəsi isə cənub-şərqdə Gicəki (1047 m) dağıdır. Baş Qafqaz silsiləsinin suayrıcı xətti Babadağdan (3600 m) şərqə kəskin alçalaraq az bir məsafədə (40 km), yəni Dübrar dağına qədər 1400 metr alçalır. Buna başlıca səbəb Qərbi Xəzər eninə tektonik sınma xəttinin keçməsi nəticəsində öndağ ərazisinin tektonik cəhətcə daha aşağı düşməsidir. Şamaxı rayonu ərazisinin şimal hissəsində təbaşır sisteminin əhəngdaşları geniş sahə tutur. Burada mezozoy qrupu çöküntülərindən başqa kaynozoy qrupunun (paleogen sisteminin) gilləri, qumdaşları yayılmışdır. Cənuba doğru qədim paleogen çöküntüləri bir qədər cavan neogen sistemi çöküntüləri ilə (gillər, qum daşları, əhəng daşları) əvəz olunur. Ərazidə, xüsusilə dağarası çökəkliklərdə Dördüncü dövrün gilləri, qumları, çaydaşları da geniş yayılıb.
Alazan- Əyriçay fiziki- coğrafi rayonu
Alazan- Əyriçay fiziki- coğrafi rayonu - rayon eyniadlı çökəkliyi əhatə edib, Baş Qafqaz silsiləsinin cənub ətəkləri ilə Acınohur öndağlığı arasıda yerləşir. Alazan – Əyriçay çökəkliyi cənub yamac çaylarının yerli eroziya bazisi olduğundan burada çaydaşı və qumlardan ibarət allüvial çöküntülər qalın örtük yaratmışdır. Fiziki — coğrafi rayonun şimal hissəsi selli çayların gətirmə konuslarından təşkil olunub qabarıq səthə malikdir. Gətirmə konusları yuxarı hissəsədən konuslararası çökəkliklərlə ayrılır. Burada toplanan çay çöküntüləri iri həcmli olması ilə seçilir. Rayonun ərazisi düzənliyin meşə və meşə- çəmən landşaftı ilə örtülmüşdür. Bu landşaftlar ərazinin əlverişli tektonik və litoloji şəraitə malik olması sayəsində, qrunt sularının səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq formalaşmışdır. Rayonun Topçu kəndi yaxınlığında və başqa sahələrinə düzənlik meşələri ilə alçaq dağ meşələri bir- biri ilə birləşərək meşə örtüyü yaradır. Lakin insanların çoxəsrlik təsərrüfat fəaliyyətilə əlaqədar düzənlik meşələri əsaslı şəkildə qırılıb məhv edilmış, onun yerində bağ və əkin sahələri yaradılmış və yaxud da kollu, seyrək meşəli çəmənlik əmələ gəlmişdir. Alazan — Əyriçay rayonu Azərbaycanda kənd təsərrüfatının inkişafında, xüsusilə fındıq, qoz, şabalıd, barama qızılgül istehsalında mühüm rol oynayır.
Alazan-Əyriçay fiziki-coğrafi rayonu

Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması
Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması — Azərbaycanın fiziki-coğrafi cəhətdən rayonlaşdırılması. == Ümumi məlumat == Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir. Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür. Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40–45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov , Şirinov 1965 və b.) tərəfindən aparılmışdır.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Dağlıq Qarabağ fiziki-coğrafi rayonu
Dağlıq Qarabağ fiziki-coğrafi rayonu - Qarabağ silsiləsinin şimal, şimal — şərq yamaclarını əhatə edib, onun suayrıcından başlamış Ön Kiçik Qafqaz maili düzənliklərinə kimi davam edir. Şimalda Tərtərçay dərəsi, Cənubda Gəyən maili düzənliyi ilə sərhədlənir. Rayonun mütləq yüksəkliyi 500–600 m-lə 2700–2800 m arasında dəyişib alçaq və orta dağlıqdan ibarətdir. Bu yüksəkliklər daxilində alçaqdağlığın çöl və meşə — çölləri, ortadağ meşələri və subalp tipli dağ — çəmənləri şaquli iqlim keçidlərində bir — birini əvəz edir. Qırxqız zirvəsindən (2679m) şərqdə Qarabağ silsiləsinin relyefi alçaqdağlıqdan və yamaclar genişlənərək meyilliyi azaldığından bütün yüksəklik landşaft qurşaqlarının aridləşməsi və arid landşaftların ortadağlığa tərəf miqrasiyası baş verir. Alçaq və ortadağlıq qurşaqda bir sıra struktur — denudasion çökəkliklərin (Sirik, Dovşanlı, Aterk, Xankəndi və s.) və geniş çay dərələrinin formalaşması sayəsində burada yaşayış məntəqələrinin və təsərrüfat sahələrinin (bağçılıq, əkinçilik) yerləşdirilməsi üçün əlverişli relyef şəraiti vardır. Rayon ərazisi heyvandarlığın, əkinçiliyin inkişafında mühüm rol oynayır. Hidrokarbonatlı Turşsu, Şarlan mineral bulaqları və dağ — iqlim kurort əhəmiyyətinə malik olan Şuşa şəhəri kurort təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir. Rayon ərazisi tikinti materialları (qum, üzdaşı, mərmər) ilə zəngindir.
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kiçik Qafqaz vilayəti Azərbaycanın qərbində yerləşir. Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşir. Relyefi - Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy (Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır.Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln.
Küdrü-Şirvan fiziki-coğrafi rayonu
Küdrü-Şirvan fiziki-coğrafi rayonu - Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qum və gillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır. Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Qazax-Qarabağ fiziki-coğrafi rayonu
Qobustan-Abşeron fiziki-coğrafi rayonu
Qobustan-Abşeron fiziki-coğrafi rayonu — Şamaxı-Qobustan sinklinorisini və Abşeron yarımadasını əhatə edir. Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır. Bölgə paleogenin, neogenin və dördüncü dövrün əhəngdaşlarından, qum və gillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziya və akkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s) Qonustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir.
Samur-Şabran fiziki-coğrafi rayonu
Samur-Şabran fiziki-coğrafi rayonu - Azərbacanın Böyük Qafqaz fiziki-coğrafi vilayətində yerləşən fiziki-coğrafi rayon. Cənub-şərqi Qafqazın şimal-şərq yamacı ətəyində yerləşib, Xəzər dənizi ilə alçaq dağlıq ərazisi arasında qalan düzənlik və ovalığı əhatə edir. Böyük Qafqaz fiziki - coğrafi vilayətinin şimal-şərqində yerləşən fiziki-coğrafi rayon Samur-Dəvəçi ovalığına uyğun gəlir. Rayonun şimal sərhəddi Samurçay dərəsinin aşağı axınından, cənub sərhədi isə Sumqayıtçayının mənsəb hissəsindən keçir. Düzənlik şimal hissədə geniş (25–30 km) olub, cənub-şərqə doğru tədricən daralır. Beşbarmaq dağından şərqə bu düzənliyin eni 3–4 km-ə qədərdir. Samurçay və Qudyalçay arasında Şollar düzü yerləşir. Ərazi Dördüncü Dövrün allüvial, buzlaq və dəniz çöküntülərinin qatışığından əmələ gəlmişdir. Ərazinin qərbində çay, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Çay daşları, qumlar, gillər, balıqqulaqları və bəzən konqlomeratlar ərazinin əsas süxurlarındandır.
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu — Böyük Qafqazın (Azərbaycan daxilində) cənub yamacına uyğun gələn zona. Bu rayon ərazisi qərbdə Gürcüstanın sərhəddindən (Mazımçay hövzəsindən) başlayıb, şərqdə Girdimançay hövzəsinə qədər 220 km məsafədə uzanır. Onun şimal sərhəddi Dağıstan ilə qovuşmaqla Baş Qafqaz silsiləsinin suayrıcı boyu, cənub sərhəddi isə Alazan-Əyriçay çökəkliyinin şimal sərhəddi boyu keçir. Bölgənin ən geniş yeri şərq və qərb hissədə olub, 26 km-dir. Onun ən dar yeri mərkəzdə — Daşaqılçay hövzəsində olub, 10 km enə malikdir. Baş Qafqaz silsiləsinin suayrıcısı dar olub şiş, konusvari zirvələrdən ibarətdir. Onu eninə kəsib keçən aşırımlar həmin istiqamətdə uzanan təknəvarı dərələrdən (Tinov— Rosso, Dindidağ, Xnov, Nohurlar və s.) və yaxud da dar, yəhərvari formada olan Qərbi Salavat, Ağbulaq, Şərqi Salavat alçalmalarından keçir. Onların ən hündür olanı 3400 metrə, ən alçaq olanı isə 2600 m-ə qədər mütləq yüksəkliyə malikdir. İndi Baş Qafqaz sıra dağları aşırımlarının bəzilərində gediş-gəliş olmadığından onlar keçilməz hala düşmüşdür. Dağlarda yayda saxlanılan qar talaları, Bazardüzü, Bazaryurd və Tufan dağlarının şimal yamaclarında isə buzlaqlar vardır.
Şərur-Ordubad fiziki-coğrafi rayonu
Şərur-Ordubad fiziki- coğrafi rayonu - Naxçıvan Muxtar Respulikası ərazisinin Araz çayının sol sahili maili düzənliklərini əhatə edib, Arazçayı ilə alçaqdağlıq arasında yerləşir. Araz çayı boyu ilə 150 km uzanıb, maksimal eni 25–50 km-ə çatır. Ərazinin mütləq yüksəkliyi 700 m-lə 1200 m arasında dəyişir. Rayon ərazisi Dördüncü dövrün allüvial, prolüvial, bəzi sahədə Üçüncü dövrün qumdaşı, konqlomerat, tuf və gil çöküntülərindən təşkil olunmuşdur. Ərazinin iqliminin çox quraq olması burada arid denudasiya proseslərinin intensiv getməsinə şərait yaradır. Buna görə də yamaclar intensiv bedlend parçalanmasına məruz qalmışdır. Düzənlikdə və alçaqdağlıqda az məhsuldar yovşanlı, kəngizli, şoranotlu yarımsəhra kompleksi hakimdir. Çay dərələrinin diblərində kollu - çəmən və antropogen landşaftın müxtəlif sahələri (əkinçilik, bağçılıq) inkişaf etmişdir. Rayon ərazisində su ehtiyatı az olub, əsasən az sulu çaylardan ibarətdir. Dağətəyi maili düzənliklərdə gips, dolomit, gil, travertin və daş duz mədənləri vardır.
Kür-Araz fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.
Flüvioqlyasial proseslər

Значение слова в других словарях